Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası
fairex.az
ENG
RUS
22.9.2016
Beynəlxalq Konfrans öz işini başa çatdırıb
 20/5/2016 

 Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının Bakıda keçirilən illik toplantıları öz işini başa çatdırıb.

 Toplantılarda UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi iştirak edib.
Tədbirdə dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında ölkələrə tövsiyələrin təqdim edilməsi, itmə təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması və s. mövzularda müzakirələr aparılıb. Tədbir çərçivəsində qonaqlar Azərbaycanın görməli yerləri, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Toplantıda Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) ilə Qərb Universiteti arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma görə Beynəlxalq Dağçılıq Federasiyasının egidası altında, Qərb Universitetinin nəzdində “Dağ mədəniyyətləri və dağ landşaftı ekosistemlərinin Tədqiqatı” İnstitutu təsis edilib. İnstitut Qərb Universiteti tərəfindən maliyyələşdiriləcək.

Eyni zamanda Beynəlxalq Dağçılıq Federasiyasının təşəbbüsü ilə həyata keçirilən tədqiqatların dəstəklənməsi üçün digər, o cümlədən Beynəlxalq donor təşkilatların, BMT-nin proqramlarının fondlarının da iştirakı, tədqiqatlara dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin cəlb olunması, ayrı-ayrı regionların dağlıq ərazilərinin əhatə edilməsi nəzərdə tutulur. Həmçinin, mütəmadi olaraq bu mövzu ilə məşğul olan alim-tədqiqatçıların toplantıları keçiriləcək və məcmuələr çap olunacaq.
Qeyd edək ki, 2014-cu ildə Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.
Xatırladaq ki, Bakıda təşkil olunmuş toplantılar Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) təşəbbüsü, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib.

Oxunub: 1098
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
İdman dırmanması üzrə yığmamız Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnirdə birinci olub w.w.w.az.
İdman dırmanması üzrə yığmamız Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnirdə birinci olub www.az
İdman dırmanması üzrə yığmamız Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnirdə birinci olub
Vitse-prezident: Olimpiadada qadın idmançılardan uğur gözləyirik www.sputnik.az
Dırmanma idman növü Olimpiya Oyunlarının proqramına daxil edilib www.ikisahil.az
arxivə bax
Statistika
» 3 Onlayn
» 72 Gün
» 880 Həftə
» 5054 Ay
» 63749 İl
» 147840 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub