Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası
fairex.az
ENG
RUS
13.7.2015
Elan
 29/6/2015 

 16-23 avqust 2015-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) birgə təşkilatçılığı ilə Qusarın Ləzə kəndində marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq. Dünyanın ən yaşlı və nüfuzlu idman Federasiyası tərəfindən bu qərarın verilməsinə səbəb FAIREX-in son illər ərzində yerli, regional və dünya miqyaslı tədbirlərdə nümayiş etdirdiyi təşkilatçılıq və peşəkarlıq səviyyəsi olub.

İdman qayayadırmanması sahəsində yetişən 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının qurulması, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnməklə yanaşı, Azərbaycanın təbiət gözəllikləri, burada dağçılıq turizminin inkişafı və mövcud potensial ilə yerində əyani tanış olmaq imkanı qazanmış olacaqlar.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dağ idman növlərinə maraq göstərən gəncləri düşərgədə aktiv iştirak edərək bu beynəlxalq tədbirin bir parçası olmaqla bərabər ölkəmizdə qısa zamanda geniş yayılaraq populyarlaşan dağçılığın inkişafına öz töhfələrini verməyi arzulayır.
Tədbirdə iştirak üçün 05 avqust tarixinədək müraciət formasını müvafiq qaydada dolduraraq [email protected] və ya [email protected] ünvanına göndərməniz tələb olunur.

İştirakçılar Təşkilat Komitəsi tərəfindən seçim əsasında müəyyən ediləcək.

Oxunub: 168
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Xəbərlər
Mətbuatda
Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq www.azertag.az
Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq www.azertag.az
Beynəlxalq Gənclər Düşərgəsi olacaq www.qafqazinfo.az
Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq www.apa.az
Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq www.trend.az
arxivə bax
Statistika
» 6 Onlayn
» 9 Gün
» 9 Həftə
» 2591 Ay
» 38480 İl
» 38480 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub